Liviyada hərbi helikopterlər toqquşdu – Ölənlər varbackend

Liviyada hərbi helikopterlər toqquşdu - Ölənlər var

Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə bildirib.

“Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, – mənbə agentliyə deyib. O, qeyd edib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub.

Onun sözlərinə görə, ikinci helikopterin ekipajı sağ qalıb.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*