Lobodanın alt paltarda fotosu yayıldı – 145 min bəyənmə qazandıbackend

Lobodanın alt paltarda fotosu yayıldı - 145 min bəyənmə qazandı

Tanınmış müğənni Svetlana Loboda təcrid zamanı öz fiquru ilə lovğalanmaq qərarına gəlib. Foto sənətçinin 9 yaşlı qızı Yeva tərəfindən çəkilib.

KONKRET.az xəbər verir ki, şəkillər Lobodanın İnstagramdakı səhifəsində yayımlanıb.

Ulduz şəkillərə imza ataraq “Təcrid etmək adamın xeyrinədir, siz nə düşünürsünüz? Sevimli Yevamın çəkdiyi şəkil” deyib.

37 yaşlı sənətçi qızı üçün hamam otağında poz verib. Loboda qara rəngdə alt paltarı və ağ corablar geyinib.

Anasını çəkən qız güzgüdə görünür.

Abunəçilər müğənninin gözəl göründüyünü və əla fiziki formada olduğunu qeyd ediblər.

Ayrıca, çoxları Lobodanın qızının çox yaxşı bir iş gördüyünü və əla fotolar çəkdiyini yazıb. Lakin bəziləri ulduzun corab geyinməyini bəyənməyiblər.

Müğənninin nəşri artıq 145 min bəyənmə qazanıb və 1,2 mindən çox şərh alıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*