Lökbatanda yaşayış binasında PARTLAYIŞ – 35 yaşlı kişinin bədəninin 75 faizi yandıbackend

Lökbatanda yaşayış binasında PARTLAYIŞ - 35 yaşlı kişinin bədəninin 75 faizi yandı

Lökbatan qəsəbəsində yaşayış binasında mənzildə baş verən partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

“Avqustun 16-sı saat 07:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi cinsli) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

1990-cı il təvəllüdlü şəxsə bədən səthinin 75 faizinin termiki alov yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub”, – deyə məlumatda qeyd olunub.

***

Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində ikiotaqlı mənzilin bir otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində bir otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb.

Bir nəfər xəsarət alıb, qonşu mənzildən üç nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*