Lombarda qızıl girov qoyanlara XƏBƏRDARLIQ: Bu halda əmlakınız satışa çıxarılacaqbackend

Lombarda qızıl girov qoyanlara XƏBƏRDARLIQ: Bu halda əmlakınız satışa çıxarılacaq

Lombardlara girov qoyulan qızıl məmulatlarının taleyi bir çox vətəndaşı narahat edən məsələlərdəndir. Xüsusilə də borc ödənişi gecikdirildikdə qızılın lombard tərəfindən satılıb-satıla bilməyəcəyi ilə bağlı suallar gündəmə gəlir. Bəs lombarda qoyulan qızıl hansı halda mülkiyyətə keçə və nə vaxt satışa çıxarıla bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu proses qanunvericiliklə dəqiq tənzimlənir.

“Vətəndaş lombarda qızıl məmulatı girov qoyduqda ona mütləq şəkildə girov bileti təqdim olunur. Həmin sənəddə kreditin məbləği, faiz dərəcəsi və ödəmə müddəti açıq şəkildə göstərilir. Müəyyən edilən müddət ərzində şəxs lombardın verdiyi kredit məbləğini və faizləri ödəməlidir. Girov müddəti başa çatana qədər lombard qızılı sata və ya öz mülkiyyətinə keçirə bilməz. Yalnız borcalan müəyyən edilən müddətdə öhdəliyini yerinə yetirmədikdə, lombardın həmin əmlakı öz mülkiyyətinə keçirmək və satmaq hüququ yaranır”.

Xalid Kərimlinin sözlərinə görə, girov müqaviləsində göstərilən müddət keçməyibsə, lombardın qızılı satması qanunsuzdur və bu halda vətəndaş hüquqlarını tələb edə bilər. Beləliklə, lombarda qoyulan qızıl yalnız ödəmə müddəti bitdikdən və borc ödənilmədikdən sonra satışa çıxarıla bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*