London hava məkanını bağladıbackend

London hava məkanını bağladı

Londonun bütün hava məkanı radar sistemindəki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlanıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Hava Hərəkəti Xidməti (NATS) radar sistemindəki problemin uçuş təhlükəsizliyinə birbaşa təsir etdiyini, bu səbəbdən bütün uçuşların dayandırıldığını açıqlayıb.

“Mühəndislərimiz problemi ən qısa zamanda həll etmək üçün çalışır. Nasazlığın nə vaxta aradan qaldırılacağını söyləyə bilmərik”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, London hava məkanında yaranmış nasazlıq Edinburq, Birmingem və Mançester kimi digər şəhərlərdəki hava limanlarından uçuşlara da təsir edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*