Londondan Kiyevə yeni silah mesajı: “Shahed”-lərə qarşı ASRAAM-lar işə düşürbackend

Londondan Kiyevə yeni silah mesajı: "Shahed"-lərə qarşı ASRAAM-lar işə düşür

Böyük Britaniya Ukraynaya daha beş ədəd “Raven” zenit sistemini təhvil verəcək. Bu sistemlər əsasən İran istehsalı olan “Shahed” tipli kamikadze dronlarına qarşı istifadə olunur.

KONKRET.az xəbər verir ki, “Raven” sistemi öz əsasını ASRAAM (Advanced Short Range Air-to-Air Missile) tipli aviasiya raketindən götürür. Yerdən buraxıldıqda bu raket 15 kilometrədək məsafədə hədəfi vura bilir. Maksimum sürəti 3 Maxa çatan bu zenit raketi 88 kiloqram ağırlığında olub, 10 kiloqramlıq döyüş başlığına sahibdir. Bu isə ona yalnız dronları deyil, həm də döyüş təyyarələrini məhv etməyə imkan verir.

Qeyd edək ki, Böyük Britaniya daha əvvəl Ukraynaya səkkiz belə zenit sistemi göndərmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*