Məşhur müğənni Cennifer Lopezin videosu böyük maraq doğurub.
KONKRET.az xəbər verir ki, Lopez heyranlarına öz sevimli brendi “Jlo Beauty”nin reklam kampaniyası çərçivəsində sosial şəbəkə üzərindən bəzi məsləhətlər verib. O, üzünü makiyaj üçün necə hazırladığını göstərib.
52 yaşlı müğənninin makiyajsız da dərisinin gözəl olması maraqla qarşılanıb. O isə dərisinin gözəl olmasını genetik amillə də izah edib. Bildirib ki, ana və nənəsinin də dərisi gözəl olub.