Los Ancelesdə İslam Kərimovun kiçik qızının ailəsi üç villanı satışa çıxardı – FOTOLARbackend

Los Ancelesdə İslam Kərimovun kiçik qızının ailəsi üç villanı satışa çıxardı – FOTOLAR

Los Angeles şəhərinin Holluvud təpəliyində ümumi dəyəri 18,9 milyon dollar olan üç villa satılır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Variety nəşri yayıb.

Mənbə bildirir ki, obyektlərin Özbəkistanın ilk prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayevaya və əri Timur Tillyayevə məxsus olduğu bildirilir.

Satışa qoyulan evlərin ən bahalısı 6.495 milyon dollar dəyərindədir.

2007-2014-cü illərdə malikanə NFL-nin keçmiş ulduzu Reggie Buşa və onun sabiq sevgilisi Kim Kardaşyana məxsus olub.

Ailənin villaları yaşayış üçün istifadə etmədiyi, ancaq kirayə verdiyi ehtimal edilir.

Nəşrin məlumatına görə, Lola Kərimova-Tillyayeva və Timur Tillyayev 2013-cü ildə 33 milyon dollara satın alınan Beverli Hillsdəki 4.4 hektar bir malikanədə yaşayırlar.

Evin supermodellər – Bella və Gigi Hadidin atası Məhəmməd Hadid tərəfindən inşa edildiyi qeyd olunur. O, Lola Kərimova-Tillyayevanın “Harmonist” ətir dükanına yaxın yerdədir. Onun veb saytında bu ətir markasının yaradıcısı olduğu bildirilir.

Nəşrin məlumatına görə, ailənin Paris və İsveçrədə də daşınmaz əmlakı var. Cenevrənin ən prestijli küçələrindən birindəki əmlak 47 milyon dollara satın alınıb.

Variety yazır ki, Tillyayevlərin bəxti əsasən “Əbu Saxiy” ticarət mərkəzinin (indi Daşkənd Ticarət Mərkəzinə məxsusdur) sahibi olduqları zaman gətirib. Mərkəz təkcə 2013-2014-cü illərdə onlara 127 milyon dollar qazanc verib.

Reuters “Əbu Saxiy”in sahibinin 2017-ci ilin sonunda dəyişdiyini deyib.

2018-ci il martın əvvəlində “Özbəkistan 24” telekanalı 2016-2017-ci illərdə dövlət büdcəsi “Əbu Saxiy”dən qazanılan və xaricə aparılan mənfəətdən (o vaxt Mərkəzi Bankın məzənnəsi ilə təxminən 54 milyon dollar) 439 milyard som itirdiyini vurğulayıb.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*