Lotu Qulinin “müavini” olan azərbaycanlı avtoritet HƏBS OLUNDUbackend

Lotu Qulinin "müavini" olan azərbaycanlı avtoritet HƏBS OLUNDU

Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yenidən saxlanılıb.

KONKRET.az yerli mediaya istinadla bildirir ki, azərbaycanlı əvvəllər də Rusiya həbsxanasına düşüb. İndiyədək o, sərhədi qanunsuz keçməkdə ittiham olunub.

O, “qanuni oğru” Lotu Qulinin Sankt-Peterburq üzrə “müavini” kimi tanınır. Sərxan Əsədov Apraksin Dvor tacirlərindən əsas “xərac” yığan olmaq istəyib. Lakin polis onun iddialı planlarına müdaxilə edib. O, həbs olunaraq, ölkədən qovulub.

2016-cı ildə Əsədov silah saxlamağa görə bir il həbsdə olub. Azad edildikdən sonra Ədliyyə Nazirliyi cinayətkarı geri qayıtmaq hüququ olmadan deportasiya edib. Amma bir ildən sonra yenidən silahla Sankt-Peterburqda küçələrində görünüb. Sərxan ƏsədovAzərbaycana deportasioya olunsa da, 2023-cü ilin sonunda yenidən Rusiyaya qanunsuz daxil olub.

İndi o, yenidən cinayət işi ilə üzləşib və aprelin 21-dək həbsdə saxlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*