Lujkovun xatirəsi əbədiləşdiriləcək – Putin Fərmana imza atdıbackend

Lujkovun xatirəsi əbədiləşdiriləcək – Putin Fərmana imza atdı

Keçmiş mer Yuri Lujkovun yaşadığı Moskva şəhərindəki evdə xatirə lövhəsi quraşdırılacaq.

KONKRET.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Lujkovun xatirəsinin əbədiləşdirilməsi haqqında müvafiq Fərmanı hüquqi informasiya portalında dərc olunub.

Putin Moskvanın keçmiş merinin Rusiya dövlətçiliyinin təşəkkülünə və şəhərin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib.

Dövlət başçısı həmçinin paytaxt hökumətinə Lujkov adının Moskva hökumətinin Universitetinə verilməsi məsələsinə baxmağı tövsiyə edib.

Yuri Lujkov Moskvaya 1992-ci ildən 2010-cu ilədək rəhbərlik edib. O, 84 yaşında Almaniyanın Münhen klinikasında 10 dekabr 2019-cu ildə vəfat edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*