Belarus prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının (Aİİ) dekabrın 26-da Sankt-Peterburq yaxınlığındakı “İqora” irahət zonasındakı iclasından əvvəl odun doğrayıb.
KONKRET.az xəbər verir ki, bu,Belarus liderinin mühüm danışıqlardan əvvəl etdiyi vərdişlərdən biridir. Aİİ iclası geniş tərkibdə keçirilir. Orada bir neçə məsələ müzakirə olunur. Lukaşenkonun 2025-ci ildə Belarusun Aİİ-yə sədrliyinin məqsəd və prioritetlərini səsləndirəcəyi gözlənilir. Xatırladaq ki, Lukaşenko oktyabrda Moskvada MDB sammitindən əvvəl də odun doğramışdı .
Vəli Həsənov,
KONKRET.az