Lukaşenko: “Belarus Rusiyanın yeganə müttəfiqidir”backend

Lukaşenko: "Belarus Rusiyanın yeganə müttəfiqidir"

Rusiyanın əsas siyasi və iqtisadi müttəfiqi Belarusdur.

KONKRET.az xəbər verir ki, belə bir bəyanatla Belarus lideri Aleksandr Lukaşenko çıxış edib.

O əmindir ki, Rusiya hakimiyyəti Belarusu itirmək istəmir, çünki bu, Rusiyanın rifahı üçün çox vacibdir.

“Rusiyanın qalan yeganə müttəfiqi Belarus oldu. Biz almanlardan sonra Rusiyadan qaz alan ikinci ölkəyik. Biz onların çox böyük miqdarda neftini emal edirik. Əlbəttə ki, Belarusu siyasi və iqtisadi cəhətdən itirmək istəmirlər. Çünki Belarusu itirsələr, Rusiyanın daxili siyasətinə ağır zərbə olar” deyə Lukaşenko izah edib.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*