Lukaşenko: “Belarusda küçə etirazlarını yatırtmaq üçün ordudan istifadə edə bilərik”backend

Lukaşenko: “Belarusda küçə etirazlarını yatırtmaq üçün ordudan istifadə edə bilərik”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə ictimai asayişin qorunması üçün silahlı qüvvələri cəlb edə bilər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Belarus liderinin mətbuat xidməti 24 iyul cümə günü yayıb.

Ölkə başçısı “Bunu etmək istəməzdim, amma “hər şey ola bilər” deyib.

Lukaşenko bu gün xüsusi təyinatlı 5-ci briqadanı ziyarət edib. Çıxışı zamanı deyib ki, müharibələr indi küçə etirazları, nümayişlərlə başlayır.

“Silahlı Qüvvələrimizdə iki belə bölmə var: sizin briqada və Uruçyadakı mexanikləşdirilmiş briqada. Və mən orduda zabit kimi xidmət etdiyim günlərdə bunlar xüsusi bölmələr idi” deyib Lukaşenko. “Və 10 il əvvəl hansı briqadaları seçməyim haqda qərar verəndə bunları seçdim”.

“Yəqin ki, tez-tez ziyarət etdiyim bu cür bölmələr azdır. Təsadüfi deyil. Siz silahlı qüvvələrimizin xüsusi dəstəsisiz” deyib.

Belarus lideri Amerika prezidentinin bəzi ştatlarda ordunu küçələrə çıxartmalı olduğunu xatırladıb.

“Bu gün ABŞ-da baş verənləri, birincisi, dünyada heç kim gözləmirdi. İkincisi, bu, bütün dünya üçün ağır bir fəlakətdir. ABŞ prezidenti bu təzyiqə dözə bilsə, bu, bizim üçün də yaxşı bir əlamət olacaqdır. Ancaq Allah eləməsin, bu imperiya dağılsa, dünya üçün çətin olacaq” deyib.

Maryina Qorka və Uruçyadakı hərbi hissələr haqqında danışan Aleksandr Lukaşenko ölkə daxilində eskalasiyanın qarşısını almağa hazırlaşdıqlarını bildirib.

“Dövlət katibi düzgün dedi ki, indi bütün növ müharibələr küçə etirazları, nümayişlər, sonra Maydanlar vasitəsi ilə başlayır” deyib.

O, Liviya, İraq və Suriya da daxil olmaqla bir sıra ölkələrdə baş verənləri misal gətirib.

“Nəticəsi isə çox pis oldu. Bu, idarə olunan bir xaosdur”.  Lukaşenko fikrini belə tamamlayıb.

Babək Göyüş                                                                                                    

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*