Lukaşenko Belarusun Rusiya ilə birləşdirilməsindən danışdıbackend

Lukaşenko Belarusun Rusiya ilə birləşdirilməsindən danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya enerjidaşıyıcılarının vahid qiymətləri müqabilində Belarusun birləşdirilməsinə işarə edir.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Lukaşenko hesab edir ki, nə Belarus, nə də Rusiya vətəndaşları bu yolla getmək istəməyəcəklər.

Bundan əvvəl KİV-də Rusiya prezidenti Vladimir Putinin həmkarı Aleksandr Lukaşenkoya Rusiyanı və Belarusu birləşdirərək fövqəldövlət yaratmağı təklif etdiyi haqda xəbərlər yayılıb.

Daha sonra Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təkzib edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*