Lukaşenko əhalini siyasi şarlatanlara məhəl qoymamağa çağırdıbackend

Lukaşenko əhalini siyasi şarlatanlara məhəl qoymamağa çağırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko əhalini ölkəni qorumağa və şarlatanların fəndlərinə tabe olmamağa çağırıb.

KONKRET.az xəbər verir ki, o, bunu Brestdə Böyük Vətən Müharibəsi qurbanlarının anım gününə həsr olunmuş tədbirdə bəyan edib.

Belarus liderinin sözləri onun mətbuat xidməti tərəfindən yayımlanıb.

“3-4 şarlatanın hiylələrinə düşməyin. Hər şeydən istifadə edəcəklər. … Qarmağa kimisə salmaq üçün nəsə axtarırlar. Unutmayın ki, bu mümkün deyil” deyib.

Lukaşenko yerli sakinlərin batareya fabrikinə etirazları barədə danışıb.

Bundan əvvəl Lukaşenko Belarusa kənardan, ilk növbədə iqtisadi baxımdan çox ciddi təzyiq göstəriləcəyini deyib.

Onun sözlərinə görə, bu, baş verəcək, çünki “bizimlə döyüşmək onsuz da təhlükəlidir, amma biz onları əyməliyik, çox müstəqil oldular”.

İyunun 20-də məlum olub ki, Belarus əhalisinin 3,8 faizi, yəni cəmi 263 min nəfər Lukaşenkonun yenidən seçilməsini dəstəkləyir. 62,6 faiz (və ya 4.3 milyon nəfər) Lukaşenkonun prezident vəzifəsindən getməsinin lazım olduğunu düşünür.

İstifadəçilərin 72 faizi (demək olar ki, beş milyon insan) Lukaşenkodan başqa istənilən namizəd üçün səs verməyə hazırdır.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*