Lukaşenko Ermənistanla Paşinyanla danışdığı kimi danışa bilməz – Ayk Mamicanyanbackend

Lukaşenko Ermənistanla Paşinyanla danışdığı kimi danışa bilməz - Ayk Mamicanyan

Heç kim, o cümlədən Aleksandr Lukaşenko düşünməsin ki, o, Ermənistan Respublikası ilə Nikol Paşinyanla danışdığı kimi danışa bilər.

KONKRET.az xəbər verir ki, bunu parlamentin müxalifətçi üzvü, “Respublika” Partiyasının üzvü Ayk Mamicanyan öz Facebook səhifəsində yazıb.

“Millətimizin və dövlətimizin xarakterik xüsusiyyətlərindən biri heysiyyət olub və olacaq və biz gec-tez onu bərpa edəcəyik”, – Mamicanyan qeyd edib.

Yada salaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın Rusiyanın Kursk vilayətinə uğurlu hücumu ilə bağlı sərhəd bölgəsində yaranmış böhran fonunda növbəti dəfə Ermənistana qarşı təhqiramiz ifadələr səsləndirib:

“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, öz resursları ilə kifayətlənsinlər. Nə Fransa, nə Makron? Sabah o gedəcək və hamı Ermənistanı unudacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*