Lukaşenko: “Ölkəni diz çökdürməyə, özəlləşdirməyə qoymayacağam”backend

Lukaşenko: "Ölkəni diz çökdürməyə, özəlləşdirməyə qoymayacağam"

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin dizinin qırılmayacağına söz verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BelTA agentliyi yayıb.

O, bu barədə cümə günü iyunun 26-da “Belkaliy-Miqao” müəssisəsinin işçiləri ilə görüşdə bəyan edib.

“Belkaliyanın inkişafına doğru səssizcə gedəcəyik: bir qəpik pul qoyub iki ala biləcəyimizi görsək, sərmayə qoyacağıq” deyib Lukaşenko.

“Ölkəni diz çökdürməyə, özəlləşdirməyə qoymayacağam. Ən çətin şey, insanların lazımsız dəyişikliklər dövrünü yaşamasıdır” deyib.

O, dəyişikliklərin məcburi olacağını söyləyib: “Lakin bu, “Konstitusiyadan başlayaraq” sivil qaydada getməlidir”.

Daha əvvəl Belarusun xarici işlər naziri Vladimir Makey hazırkı hökumətin güclü və hər şeyin nəzarət altında olduğunu bildirib.

Babək Göyüş                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*