Lukaşenko ölkəni tərk etdi – Onun təyyarəsinin hara uçduğu açıqlandıbackend

Lukaşenko ölkəni tərk etdi – Onun təyyarəsinin hara uçduğu açıqlandı

Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya uçub.

KONKRET.az xəbər verir ki, bu barədə BelTA agentliyi yazır.

Mənbə bildirir ki, Lukaşenko prezident seçkilərindən bəri ilk dəfə ölkəni tərk edir.

Soçi şəhərində Belarus dövlətinin başçısı Rusiya prezidenti ilə görüşəcək.

Belarus Prezidentinin mətbuat xidmətindən bildirilib ki, danışıqlar təkbətək formatda aparılacaq.

Ölkələrin liderləri müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini, ittifaq münasibətlərinin mövzusunu, beynəlxalq problemləri və bölgədəki vəziyyəti, ortaya çıxan çağırışlara birgə cavab məsələlərini müzakirə edəcəklər.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*