Lukaşenko prezident vəzifəsinə başladı: Andiçmə mərasimi keçirilir – VİDEO+FOTObackend

Lukaşenko prezident vəzifəsinə başladı: Andiçmə mərasimi keçirilir - VİDEO+FOTO

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə başlayıb. Andiçmə mərasimi hazırda İstiqlal Sarayında baş tutur.

KONKRET.az xəbər verir ki, bu barədə “Belta” dövlət agentliyi məlumat yayıb.

Lukaşenko qaydalara görə, sağ əlini Konstitusiyaya qoyaraq Belarus dilində and içib. Bundan sonra and içmə aktını imzalayıb.

Belarus MSK başçısı Lukaşenkoya Belarus Prezidentinin sertifikatını təqdim edib.

Mərasimdə yüksək vəzifəli şəxslər, deputatlar, hökumət təşkilatlarının nümayəndələri və KİV rəhbərləri, elm adamları, mədəniyyət və idman da daxil olmaqla bir neçə yüz nəfər iştirak edib.

9 avqust tarixindən etibarən Belarusda prezident seçkilərinin nəticələri ilə razılaşmayanlar etiraz aksiyaları keçirir. Rəsmi məlumatlara görə, hazırkı prezident Aleksandr Lukaşenko 9 avqust seçkilərində qalib gəlib, yüzdə 80,1 faiz səs ona, yüzdə 10,12 faiz səs isə əsas rəqibi Svetlana Tixanovskayaya verilib. Tixanovskayanın özü indi Litvadadır.

16 avqustda Belarusun müasir tarixindəki ən genişmiqyaslı etirazlar qeydə alınıb.

İlk günlərdə 6,7 mindən çox adam nəzarətə alınıb. Respublikanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, iğtişaşlar zamanı yüzlərlə insan, o cümlədən 120-dən çox hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb. Belarus səlahiyyətlilərinin verdiyi məlumata görə, üç etirazçı ölüb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*