“Rusiya Ukrayna ilə sərfəli olmayan saziş bağlamağa hazır idi”.
KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenkoya istinadən BELTA yayıb.
O bildirib ki, 2022-ci ilin martında Rusiya münaqişənin həlli ilə bağlı əlverişsiz saziş bağlamağa hazır idi.
“Rusiya indi o sazişin mətnini oxusaydı, dəli olardı. Bu, Rusiya üçün tamamilə sərfəli deyildi. Lakin Rusiya razılaşdı”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, Minsk danışıqlar masasına əyləşməyi təklif edib. Daha sonra Belarus və Türkiyədə danışıqlar aparılıb. Və “Rusiya sülh təşəbbüsləri ilə razılaşan kimi, müqavilə, layihə səbətə atıldı”.
Belarus Prezidenti əlavə edib ki, “hələ də masada bu müqavilənin layihəsi var”.
Xuraman Etibarlı,
KONKRET.az