“Lukaşenko Rusiya-Ukrayna müharibəsini dayandıra bilər” – İLGİNC AÇIQLAMAbackend

"Lukaşenko Rusiya-Ukrayna müharibəsini dayandıra bilər" - İLGİNC AÇIQLAMA

“Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna və Rusiya arasında danışıqlarda iştirak edə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Facebook səhifəsində məlumat verib.

O bildirib ki, Rusiyada Ukrayna ilə danışıqlar aparacaq real qrup artıq formalaşıb, lakin onun tərkibi hələ də gizli saxlanılır.

Qeyd edək ki, iyunun ortalarında Lukaşenko Ukraynadakı münaqişənin tezliklə bitə biləcəyi təklifini irəli sürüb. O, bunun üçün ciddi ilkin şərtlərin olduğunu bildirsə də, onların mahiyyətini açıqlamayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*