Lukaşenko son qərarını açıqladı: “Hakimiyyətdən könüllü imtina etməyəcəyəm”backend

Lukaşenko son qərarını açıqladı: “Hakimiyyətdən könüllü imtina etməyəcəyəm”

Belarus Prezidenti Aleksandr Lukaşenko iqtidarı könüllü olaraq təslim etmək niyyətində olmadığını söyləyib.

KONKRET.az xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.

O, ölkəsinin “palçıqda yuvarlanmasına” icazə verməyəcəyini bildirib.

Belarus lideri bu barədə yeni Baş Prokuror Andrey Şvedi prokurorluğun işçilərinə təqdim edərkən danışıb.

Lukaşenko mövqeyini “bir kişi kimi… “ heç bir anlaşılmazlığın yaranmaması üçün aydınlaşdırmağa qərar verib.

“Məni tez-tez qınayırlar ki, “hakimiyyətdən əl çəkmirəm”. Düzgün qınaqdır. İnsanlar məni bunun üçün seçmədilər <…> Hakimiyyət ondan imtina etmək üçün verilmir. 1990-cı illərin ortalarında ölkə palçığın içində idi, hamı ayaqlarını silirdi <…> Belarusun o zamana qayıtmasını istəmirəm”. BelTA dövlət xəbər agentliyi Lukaşenkodan sitat gətirir.

“Heç kim (müxalifətçilər) məndən hakimiyyəti palçığa atmağı tələb edə bilməz” deyə Lukaşenko əlavə edib.

9 avqustda keçirilmiş prezident seçkilərindən sonra Belarusda bir aydır etirazlar davam edir. On minlərlə insan səsvermə nəticələrinin saxtalaşdırıldığına inanaraq küçə yürüşlərində iştirak edir. Respublikanın Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, seçicilərin 80,1% -i hazırkı prezident Aleksandr Lukaşenkoya, 10,1% -i isə əsas rəqibi Svetlana Tixanovskaya səs verib.

Daha əvvəl, news.ru saytının yazdığı kimi, Lukaşenko Minskdəki təhlükəsizlik qüvvələrinin sərt davranışından əziyyət çəkən etirazçıları “töküntü” adlandırıb.

Babək Göyüş                       

KONKRET.az

  • məmiş
    Sentyabr 10, 2020 - 14:00

    asalaq-parazit-gənələr öz xoşuyla qopmurlar sümürdükləri candan..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*