Lukaşenko Trampdan sanksiyaların yumşaldılmasını istəyirbackend

Lukaşenko Trampdan sanksiyaların yumşaldılmasını istəyir

Belarus hakimiyyəti ABŞ diplomatları ilə danışıqlar aparır. Məlumata görə, Minsk “çoxsaylı məhbusların azad edilməsi” qarşılığında sanksiyaların yumşaldılmasını tələb edir.

KONKRET.az xəbər verir ki, Polşanın Rzeczpospolita nəşri yazır ki, prezident Aleksandr Lukaşenko bu proses çərçivəsində ABŞ prezidenti Donald Trampdan məhz “Belavia” aviaşirkətinə“Belaruskalı” gübrə istehsalçısına tətbiq olunan sanksiyaların götürülməsini istəyib.

Mənbələrin sözlərinə görə, Lukaşenko “izolyasiyadan çıxmaq” və Vaşinqtonla münasibətləri normallaşdırmaq niyyətindədir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*