Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Donald Tramp ilə telefon danışığı zamanı əlaqə qısa müddətə kəsilib, daha sonra isə Tramp yenidən zəng edib:
“Mən dedim: ‘Donald, kimlərsə bizim söhbətimizə mane oldu’. Və məhz bu zarafatla dialoq yenidən davam etdi”.
KONKRET.az xəbər verir ki, söhbət zamanı Alyaskada keçirilməsi planlaşdırılan danışıqlar, ABŞ nümayəndələrinin Minskdən səfərləri və Lukaşenko ilə mümkün görüşləri də müzakirə olunub. Rəsmi mənbələrə görə, tərəflər ikitərəfli gündəlik, regional məsələlər və o cümlədən Ukrayna ilə bağlı vəziyyəti də diqqət mərkəzinə gətiriblər.
Lukaşenko həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı danışıqları Minskdə təşkil etmək “istəyi ilə xəstələnməyib”, amma zərurət yaranarsa, buna hazırdır: “İstək xəstəliyim yoxdur, amma lazım olsa – hər şeyi edəcəyik”.
Müşviq Tofiqoğlu
KONKRET.az