Lukaşenkonu ilk təbrik edən Çin lideri oldubackend

Lukaşenkonu ilk təbrik edən Çin lideri oldu

10 avqustda Çin lideri Si Szinpin Belarus Prezidenti Aleksandr Lukaşenkoya seçkilərdəki qələbəsi münasibətilə təbrik göndərib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Belarus mediası yayıb.

“Çin hökuməti və Çin xalqı adından, həmçinin öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Əminəm ki, Sizin rəhbərliyiniz altında Belarus dövlət quruculuğunda şübhəsiz ki, yeni parlaq uğurlara imza atacaqdır” deyilib.

Si Szinpin Lukaşenkonu təbrik edən dünya liderlərindən birincisi olub.

Lukaşenko özü “itib” və təhlükəsizlik qüvvələrinin insanlara qarşı xüsusi vasitələrdən istifadə etdiyini və ölkədə keçirilən seçkilərin nəticələrini şərh etmir.

Ən azı bir nəfər ölüb, çox sayda insan yaralanıb, 200-ə qədər adam nəzarətə alınıb.

MSK-nın ilkin nəticələrinə görə, Lukaşenko 80% -dən çox səs toplayıb.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*