Lukaşenkonun ən güclü rəqibini Belarus məhkəməsi həbs etdibackend

Lukaşenkonun ən güclü rəqibini Belarus məhkəməsi həbs etdi

Belarus məhkəməsi potensial prezidentliyə namizəd və “Belgazprombank”ın keçmiş sədri Viktor Babariko və oğlu Eduardı həbs edib.

KONKRET.az xəbər verir ki, bu barədə TUT.BY saytı siyasətçinin qərargahına istinadən məlumat yayıb.

Viktor Babarikoya qarşı iddianamə dünən səslənib. Amma vəkil cinayət işinin təfərrüatlarını açıqlamayıb.

“Viktor Babariko ittihamlarla qətiyyən razı deyil. Müdafiə tərəfi tam günahsızlığını tələb edir” deyib.

Viktor Babariko vəkilləri – Aleksandr Pılçenko, Dmitri Layevski, Natalya Maçkeviç tərəfindən müdafiə olunur.

Eduard Babarikonun isə vəkilləri Tatyana Şişkovets və İrina Voronkovadır. Qərargahı vəkillər Maksim Znak və İlya Saley təmsil edirlər.

Xatırladaq ki, iyunun 18-də Viktor Babariko imza vərəqələrini seçki komissiyasına təhvil vermək üçün getdikdən sonra onunla əlaqə kəsilib.

Sonradan məlum olub ki, o və oğlu “Belgazprombank işi” çərçivəsində qanunsuz fəaliyyətə görə dindirilmək üçün tutulublar. Hər ikisi KQB təcridxanasındadır.

Elə həmin gün Minskdə hazırkı prezident Aleksandr Lukaşenkoya qarşı və həbs olunanlara dəstək olaraq etiraz aksiyaları başlayıb.

Babək Göyüş                              

KONKRET.az

  • Omer
    İyun 22, 2020 - 11:51

    Bu Dan o kisiye reqib olmaz. Cox gumanki lovrov muellim in agenti olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*