Lukaşenkonun oğlu Nikolay atası ilə ictimai tədbirdə göründü – Bir qadın onlara “Biz sizinləyik” dedibackend

Lukaşenkonun oğlu Nikolay atası ilə ictimai tədbirdə göründü - Bir qadın onlara "Biz sizinləyik" dedi

Belarus prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay atası ilə birlikdə Minskdə keçirilən ictimai tədbirdə görünüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Bundan əvvəl KİV Nikolayın Belarus Dövlət Universitetinin liseyindən çıxdığını və təhsilini bir Moskva məktəbində davam etdirəcəyini yazmışdı.

Nikolay atasını qadın forumunda da müşayiət edib.

Agentliyin verdiyi məlumata görə, video fraqmentlərdən birində, Belarus liderinin qonaqlar ilə danışdığı anda oğlanın Lukaşenkodan bir az aralıda durduğu və qadınlardan birinin qaçaraq onu öpdüyü aydın görünür.

Yaxınlıqda qara köynəkli bir adam rasiyadan əmrlər verir. Atasının təhlükəsizlik xidməti ilə əhatə olunmuş Nikolay ciddi bir baxışla ətrafa baxır.

Aparıcı baş verənləri çox emosional adlandırıb. Qadınlardan biri Lukaşenkonun yanağında pomada izi qoyub. Nikolay kadrda  hərəkət edir, valideynindən bir neçə addım uzaqlaşır.

“Biz sizinləyik”. Bir qadın izdihamdan qışqırır. Lukaşenko həmin an oğluna baxır.

Qeyd edək ki, Lukaşenko dəfələrlə ölkəni tərk etmədiyini, övladlarının da heç bir yerə getmədiyini bildirib.

Babək Göyüş                    

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*