Lukaşenkonun seçkilərdəki rəqibi Krımın kimə məxsus olduğunu açıqladıbackend

Lukaşenkonun seçkilərdəki rəqibi Krımın kimə məxsus olduğunu açıqladı

Belarusun prezidentliyə namizədi və Aleksandr Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya “Avropa radiosu”na verdiyi müsahibədə Krımın sahibinin kim olduğunu deyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna mediası yayıb.

“Beynəlxalq qanunlara görə, ölkəmizdə bunun necə qəbul edildiyi barədə danışa bilərəmmi? Qanuni Krım Ukraynanın, faktiki Rusiyanındur”. Tixanovskaya “hromadske” nəşrinin sualını fasilə verdikdən sonra cavablandırıb.

Qeyd olunur ki, əvvəllər namizəd Krımla bağlı suala birbaşa cavab verməkdən çəkinərək onu “cəmiyyəti parçalamaq” kimi qələmə verib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib.

Xəbər verildiyi kimi, iyulun 25-i və 26-da minlərlə insan Belarusun müxtəlif şəhərlərində Svetlana Tixanovskayaya dəstək mitinqlərində iştirak edib.

Müxalifət namizədi həm özünə və həm də övladlarına qarşı təhdidlər üzündən övladlarını ölkədən çıxarmağa məcbur olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*