Maçkalyan: “Serj Sarkisyan yenidən hakimiyyətə qayıda bilər”backend

Maçkalyan: “Serj Sarkisyan yenidən hakimiyyətə qayıda bilər"

“Serj Sarkisyan yenidəm hakimiyyətə qayıda bilər. Çünki siyasətdə heç nəyi istisna etmək olmaz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni analitik və ekspert Karen Maçkalyan deyib.

O fikirləini belə əsaslandırıb: “1988-ci ildə camaat deyirdi ki, “Dəmirçiyan, get”, 1998-ci ildə isə “Dəmirçiyan, gəl” deyirdilər. 1988-ci ildə “Levon, gəl” çağırışı 1998-ci ildə “Levon, get” sözü ilə əvəz edildi.

Siyasətdə hər şey mümkündür. Doğrudur, Serj Sarkisyan bildirib ki, o, heç bir vəzifəyə can atmır. Amma indi söhbət əvvəlkilərdən yox, ölkənin, vətənin qorunmasından gedir. İnsanlar güclü siyasətçi ətrafında birləşməlidir”.

Maçkalyanın açıqlamasından belə dabaş düşülür ki, Sarkisyan tərəfdarları “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*