Madonna və Ledi Qaqa hakerlərin qurbanı oldularbackend

Madonna və Ledi Qaqa hakerlərin qurbanı oldular

Məşhur sənətçilər – Ledi Qaqa, Madonna, Nicki Minaj, Christina Aguilera, Mariah Carey və Bruce Springsteen hakerlərin qurbanı olublar.

KONKRET.az xəbər verir ki, onların müqavilələri, e-poçt ünvanları, telefon nömrələri və şəxsi yazışmaları haqqında məlumat Grubman Shire Meiselas & Sacks hüquq firmasının sistemindən kiber oğrular tərəfindən əldə edilib.

Şirkət nümayəndələri öz serverlərinin dağılaraq 756 giqabayt sənədin oğurlanması faktını təsdiqləyiblər.

“Bir kiberhücumun qurbanı olduğumuzu təsdiq edə bilərik … Problemləri həll etmək üçün gecə-gündüz çalışan və bu sahədə ixtisaslaşan dünya mütəxəssislərini işə götürdük” deyib Grubman Shire Meiselas & Sacks.

Hücumu Sodinokibi kimi tanınan REvil qrupu edib.

Haker hücumunu təsdiqləmək üçün, hakerlər Madonnanın 2019-2020-ci illərdə keçiriləcək dünya turu üçün müqavilənin şəbəkə hissəsini yerləşdiriblər.

Hakerlər tərəfindən hansı tələblərin edildiyi haqda hələlik məlumat verilmir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*