Məşhur müğənni Madonna xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, buna səbəb 64 yaşlı dünya ulduzunun ağır bakterial infeksiyaya yoluxmasıdır.
Məlumata görə, sənətçi iyunun 24-də xəstəxanaya yerləşdirilib.
Əvvəlcə Madonna reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda palatada olan Madonna ciddi həkim nəzarətindədir.
Xəstəliyi səbəbindən onun konsert turu təxirə salınıb.