ABŞ xüsusi xidmət orqanlarının planlaşdırdığı əməliyyat nəticəsində Venesuelanın prezidenti Nikolas Maduro vəzifəsindən kənarlaşdırılıb.
KONKRET.az xəbər verir ki, əməliyyat bir neçə aylıq hazırlıqdan sonra həyata keçirilib və burada Milli Qvardiyanın bəzi yüksək rütbəli komandirləri ABŞ tərəfi ilə əməkdaşlıq edib.
3 yanvarda Maduronun iqamətgahını qoruyan qvardiya bölmələrinə kazarmalarda qalmaq əmri verilib. Eyni zamanda, bəzi qvardiyaçılar Delta Force bölməsinə rəhbərlik edərək “təhlükəsiz otaq” sistemini əvvəlcədən sıradan çıxarıblar. Bu isə prezidentin ABŞ hərbçilərindən gizlənməsinə imkan verməyib.
Əməliyyat nəticəsində ABŞ-ın nəzarətinə keçə biləcək Venesuelanın neft ehtiyatları təxminən 304 milyard barrel qiymətləndirilir ki, bu da 18,5 trilyon dollar bazar dəyərinə bərabərdir. Əməliyyatda iştirak edən qvardiyaçılar Maduronun həbsindən sonra ölkəni tərk ediblər.
Qeyd olunur ki, Milli Qvardiyanın loyallığı ilə bağlı problemlər daha əvvəl – 2018-ci il Maduroya qarşı sui-qəsd və 2019-cu il silah oğurluğu qalmaqalları zamanı da müşahidə olunub.
Müşviq Tofiqoğlu
KONKRET.az
