Maduronun gələcək aqibəti ilə bağlı VACİB AÇIQLAMA: Səddam kimi edam ediləcək, yoxsa…?backend

Maduronun gələcək aqibəti ilə bağlı VACİB AÇIQLAMA: Səddam kimi edam ediləcək, yoxsa...?

Tarixdə hakimiyyətdən devrilmiş liderlərin edam edilməsi ilə bağlı presedentlər Venesuela prezidenti Nikolas Maduronun taleyi ətrafında gedən müzakirələri yenidən gündəmə gətirib. Bəs, Nikolas Maduro edam oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu cür presedentlər müəyyən mənada Maduronun gələcək taleyi üçün nümunə kimi göstərilir:

“Yaxın keçmişdə Səddam Hüseyn nümunəsində belə bir tendensiyanın şahidi olmuşuq. Maduro ABŞ-a gətiriləndən sonra onun aqibətinin Səddam Hüseynin taleyinə bənzəyəcəyi ilə bağlı fikirlər səslənir. Bu oxşarlıq daha çox hakimiyyətin devrilməsi baxımındandır. Həyat taleyi baxımından isə hələlik qəti fikir söyləmək tezdir”.

Şərhçinin sözlərinə görə, Maduronun ilk məhkəmə prosesinin keçirilməsi onun barəsində dərhal qərar veriləcəyi anlamına gəlmir:

“Artıq ilkin məhkəmə prosesi baş tutub, növbəti mərhələ 17 mart tarixinə təyin edilib. Bu müddət ərzində çox şey dəyişə bilər. Səddam Hüseynin işində də bir neçə məhkəmə prosesi keçirilmiş, proses aylarla davam etmişdi və yalnız bundan sonra yekun qərar verilmişdi. Hazırda oxşar ssenarinin təkrarlandığını görürük”.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… | KONKRET

Cavanşir Abbaslı hesab edir ki, proseslərin gedişi Maduronun taleyi ilə bağlı sərt qərarın verilə biləcəyini istisna etmir:

“Hətta tam təsdiqini tapmamış məlumatlara görə, Maduro edam hökmünün tətbiq olunduğu ştatlardan birində mühakimə oluna bilər. Bu da onun barəsində edam hökmünün verilməsi ehtimalını artırır. ABŞ-ın keçmişdə beynəlxalq hüquq normalarına zidd addımlar atdığı və buna ciddi reaksiya verilmədiyi nümunələr var. Bu baxımdan Maduronun işi ilə bağlı da sərt qərar çıxarılması mümkündür”.

Qeyd edək ki, Maduronun işi üzrə məhkəmə prosesləri davam edir və yekun qərarın nə olacağı hələlik rəsmi şəkildə açıqlanmayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*