Mağaza sahibindən maraqlı addım – həmin müştərilərə bir çörəyi pulsuz verəcəkbackend

Mağaza sahibindən maraqlı addım - həmin müştərilərə bir çörəyi pulsuz verəcək

Türkiyənin Eskişehir vilayətində xırda pul çatışmazlığı yaşayan bir təndir sahibi, problemi həll etmək üçün qeyri-adi bir kampaniyaya imza atıb. Çörəkçi, 100 ədəd 50 qəpik gətirən müştərilərə 1 çörəyi pulsuz verəcəyini elan edib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, çörəkçi Kadriye Eser açıqlamasında belə deyib:

“Xırda pul ehtiyacımız olduğu üçün dükanın şüşəsinə elan yapışdırdıq. Əlimizdə kifayət qədər yoxdur, Mərkəzi Bankada da tapılmadığı üçün bu kampaniyanı başladıq. Pulun qalığını qaytaranda çətinlik çəkirik. Bəzən müştərilərdən ’50 qəpiyiniz varmı?’ deyə soruşuruq.”

O, xüsusilə 50 və 25 qəpiyə ehtiyaclarının böyük olduğunu, lakin 1 lirəyə ehtiyac duymadıqlarını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*