Magistraturaya qəbul üçün qeydiyyat bu gün başa çatırbackend

Magistraturaya qəbul üçün qeydiyyat bu gün başa çatır

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat 10:00-a olan məlumata əsasən, 16682 bakalavr (Azərbaycan bölməsi – 15565; rus bölməsi – 1117) ərizəsini təsdiq edib.

Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000 nəfər), eləcə də digər bakalavrlar Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.

Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*