Mahir Emreli Türkiyə klubuna keçirbackend

Mahir Emreli Türkiyə klubuna keçir

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo Zaqreb”dən ayrılıb Türkiyə klubuna keçə bilər.

KONKRET.az xəbər verir ki, iddialara görə, transfer yanvarda reallaşacaq.

Zaqreb klubundakı durumundan məmnun olmayan Emreli “Antalyaspor”a yollanmaq niyyətindədir.

Qeyd edək ki, iyirmi beş yaşlı hücumçu “Dinamo”da 20 oyun keçirib və 5 qol vurub. Emrelinin “Dinamo” ilə 2026-cı ilə qədər müqaviləsi var. Onun Türkiyə klubuna icarəyə veriləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*