Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü – (18+ VİDEO)backend

Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü - (18+ VİDEO)

Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.

KONKRET.AZ 47news.ru-ya istinadla xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.

Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb.

13 oktyabr tarixində Kirov rayonunun, “Ladojskoya” küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub.

Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*