“Ukraynada məğlubiyyətdən qaçmaq üçün ABŞ nüvə silahından istifadə edə bilər”.
KONKRET.az xəbər verir ki, bu fikri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern paylaşıb.
“Dialogue works” YouTube kanalına müsahibəsində o qeyd edib ki, yaxın aylarda ukraynalıların itkisi hətta amerikalılar üçün də aydın olacaq. “Bununla belə, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar ABŞ-ın narahatlığı artır”, – deyə ekspert əlavə edib.
“Bu, baş verə bilərmi? Kaş ki, yox deyə bilsəydim, lakin onlar ağlını itiriblər”, – Makqovern nüvə silahının istifadəsinə toxunaraq deyib.
“Rusiya Silahlı Qüvvələri irəliləməyə davam edəcək, lakin Ukrayna ordusunun resursları tükənmək üzrədir. ABŞ Kiyevin məğlubiyyətindən yayınmaqda maraqlıdır. Axı münaqişəni uduzmaq seçkiləri uduzmaq demək olardı”, – deyə Makqovern əlavə edib.
Natiq Səlim,
KONKRET.az