Makron Baş nazir Bornun istefasını QƏBUL ETMƏDİbackend

Makron Baş nazir Bornun istefasını QƏBUL ETMƏDİ

Fransa Prezidenti Emmanuel Makron hökumətin işini davam etdirməsi üçün Baş nazir Elizabet Bornun istefasını qəbul etməyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Makron Born tərəfindən təqdim edilən “nəzakətli istefa”nı geri çevirdiyini bildirib.

Məlumata görə, Makron bu gün və sabah Yeliseydə parlamentdəki müxtəlif siyasi partiyaların rəhbərləri ilə təkbətək görüşlər keçirəcək.

Ənənəvi olaraq Fransada hər ümumi seçkidən sonra hazırkı baş nazir prezidentə istefasını təklif edir. Bu vəziyyətə “nəzakətlə istefa” da deyirlər.

Qeyd edək ki, Elizabet Born mayın 16-da Baş nazir təyin edilib. O, Fransa tarixində Baş nazir təyin edilən ikinci qadındır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*