Fransa prezidenti Emmanuel Makron ABŞ, Ukrayna və Avropa liderləri ilə Ağ Evdə keçirilən danışıqlardan sonra Rusiyanın sülh əldə etmək niyyətində olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, Makron qeyd edib ki, buna baxmayaraq, ABŞ prezidenti Donald Trampın səylərinə dəstək göstərmək vacibdir:
“Rusiya hazırda sülh niyyəti nümayiş etdirmir, amma biz Trampın təşəbbüslərinə töhfə verməyə davam etməliyik”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, ötən gün Ağ Evdə keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski, NATO-nun baş katibi Mark Rutte və Avropa liderləri iştirak ediblər. Görüşün əsas mövzusu Ukraynadakı müharibə və regional təhlükəsizlik məsələləri olub.
Aynurə İsmayıl
KONKRET.az