Frans Pres agentliyinin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Almaniyanın Xristian Demokrat Birliyinin lideri Friedrich Merz bazar günü videokonfrans vasitəsilə “istəkli tərəflər koalisiyası”nın növbəti iclasını keçirəcəklər.
KONKRET.az xəbər verir ki, iclas zamanı tərəflər Ukraynadakı sülh prosesinin növbəti mərhələlərini, həmçinin münaqişənin dayandırılması və uzunmüddətli həll yollarını müzakirə edəcəklər. Məqsəd, beynəlxalq aləmdə Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyanı gücləndirməkdir.
Qeyd olunur ki, bu iclas “koalisiyanın” sülh təşəbbüslərini daha operativ və məqsədyönlü şəkildə irəlilətmək üçün təşkil olunub. Tərəflər həmçinin gələcək görüşlərin vaxtı və formatı barədə ilkin razılıq əldə etməyi planlaşdırırlar.
Natiq Səlim,
KONKRE.az