Makronun erkən seçki ilə bağlı təşəbbüsü uğursuzluğa məhkumdurbackend

Makronun erkən seçki ilə bağlı təşəbbüsü uğursuzluğa məhkumdur  

Fransa Prezidenti Emmanuel Makronun növbədənkənar parlament seçkisi ilə bağlı təşəbbüsü yəqin ki, uğursuzluğa məhkumdur.

KONKRET.az xəbər verir ki, bunu “Sky News”un müxbiri Adam Parsons yazıb.

“Makronun məntiqi ondan ibarət idi ki, millət birtəhər özünə gələrək, ümumilikdə radikal siyasətdən, xüsusən də Milli Birlikdən uzaqlaşacaq”, – jurnalist qeyd edib.

Onun fikrincə, Avropa Parlamentinə seçkidən əvvəl Makron blokunun sağçı alyansa uduzaraq, məğlubiyyətə uğrayacağı bəlli idi. (Oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*