Makronun qısqanclığı – Daxili və xarici siyasətdəki uğursuzluqlarbackend

Makronun qısqanclığı - Daxili və xarici siyasətdəki uğursuzluqlar

Fransa tarixinin ən ziddiyətli və uğursuz prezidentlərinin siyahısı dərc olunsa, Emmanuel Makronun adı ön sıralarda yer alar. 2017-ci ildən hakimiyyətə gələn prezident həm daxili, həm də xarici siyasətdə anlaşılmaz qərarlar verməkdədir. Onun prezident kimi ilk qərarlarına nəzər yetirsək, görərik ki, bunlar etirazlarla qarşılanıb. Məsələn, o namizəd olarkən seçki platformasında özünü iqtisadi müasirləşdirməni irəliləyən sosial siyasətlə tarazlaşdırmağa qadir olan bir islahatçı təqdim edib.

Lakin 2018-ci ilin sonlarında ölkədə baş verən “sarı jiletlilər” aksiyası onun uğursuzluqlarının ilk böyük müjdəçilərindən biri idi. İlk əvvəllər etirazları ciddiyə almayan prezident, sonradan məcbur oldu ki, vətəndaşların tələblərini yerinə yetirsin və yanacaq vergisi ilə bağlı müəyyən güzəştlər tətbiq etsin. Lakin onu da vurğulamaq yerinə düşər ki, əhali həm də ölkədə pisləşən sosial vəziyyətə etiraz edirdi.

COVID-19 pandemiyası zamanı da ölkə çətin vəziyyətlə üz-üzə idi. Pandemiya ölkədə sürətlə yayılmasa da, ölkədə ciddi çatışmazlıqların olduğu nəzərə çarpdı. Ölkədə maska çatışmazlığı, vaksinasiya ilə bağlı qeyri-müəyyənlik və bəzi ziddiyyətli qərarlar ölkədə narazılıqların yaranmasına səbəb oldu və proses insanların həyatı bahasına başa çatdı. Makron administrasiyası iqtisadi çətinlikləri aradan qaldırmaq üçün karantin tədbirlərində yumşaltmalara getdi və nəticədə xəstəlik daha da şiddətləndi. Bu səhvlər, onu böhranı idarə edə biləcək lider kimi imicini zədələyərək, qeyri-peşəkarlıq və uzaqgörənlik çatışmazlığına dair tənqidlərə səbəb oldu.

Xarici siyasətdə isə Azərbaycanla münasibətlərin pisləşməsi Makronun ən böyük səhvlərindən biri oldu. Fransa hər zaman İngiltərəni özünə ən böyük rəqib görüb. İngiltərənin Azərbaycanla xoş münasibətini həzm edə bilməyən fransızlar İkinci Qarabağ müharibəsini bəhanə edərək Ermənistanla yaxınlaşmağa, hətta ölkədə yerləşməyə belə başladılar. Onlar müxtəlif adlar altında öz rəsmilərini, hərbçilərini Azərbaycan-Ermənistan sərhəddinə göndərərək məkirli planlarına nail olmaq niyyətindədirlər. Azərbaycanı əsas göstərmədən etnik təmizləmədə ittiham edən Fransa Afrika ölkələrində etdiklərini göz ardı edir.
Həmçinin rəsmi Paris Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləsə də, Makronun ritorikası və hərəkətləri 2020-dək bunu əksini sübut edirdi.

Azərbaycan lideri İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Minsk Qrupu da yoxdur. Azərbaycan Prezidenti və Ordusu onu da status-kvonun yanına göndərib…

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*