“Aİ Makronun Vaşinqtona səfərini vaxt itkisi adlandırıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri diplomatlara istinadən yazıb.
“Makron Trampın dəstəklə bağlı heç bir dəqiq vəd vermədiyini söylədi. Deməli, bu məsələdə strateji qeyri-müəyyənlik həqiqətən də qalır”.
Nəşrin həmsöhbəti Makronun səfərinin “vaxt itkisi” olduğunu vurğulayıb.
Xatırladaq ki, Tramp fevralın 26-da Ağ Evdə kabinetinin ilk iclasında bildirib ki, ABŞ administrasiyası Ukrayna hakimiyyətinə hər hansı yeni təhlükəsizlik zəmanəti təklif etmək niyyətində deyil. Onun fikrincə, bunu Avropa etməlidir.
“Financial Times” daha əvvəl yazmışdı ki, Makron Vaşinqtona səfəri zamanı Trampı münaqişə həll edildikdən sonra Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini dəstəkləmək öhdəliyinə razı sala bilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az