44 günlük müharibə zamanı erməni və ermənipərəst mütəxəssislərin Rusiya televiziyalarında mənbəyi olmayan, qeyri-obyektiv olaraq Ermənistan haqqında kifayət qədər çox məlumatlar yaydılar. Bununla da həm tamaşaçıların fikirlərini bulandırdılar, həm də anti-Azərbaycan kampaniyası apardılar”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Kommersant” nəşriyyatının beynəlxalq eksperti Maksim Yusin “24news” kanalına verdiyi müsahibə zamanı söyləyib. O bildirib ki, “Ermənilər Rusiyanın siyasi həyatında çox fəal iştirak edirlər. Və onlar bundan istifadə edərək geninə-boluna anti-Azərbaycan və anti-türk təbliğatı aparırlar. Bu zaman yalan danışmaqdan belə çəkinmirlər. Məsələn, bir neçə gün əvvəl “TVTS” kanalında qonaq olan Sergey Kurqinyan Qarabağdan və Ermənistandan ən son alınan “etibarlı” məlumatlar barədə danışırdı. Pilotsuz təyyarələrlə yeni mübarizə vasitəsinin tapıldığını, erməni əsgərlərinin bir addım da geri çəkilməyəcəyini və tezliklə Şuşanı geri alacaqlarını deyirdi. Bu cür “kor vətənpərvərlik”lə ermənilər reallıqlardan qaçır, özlərini məğlubedilməz xalq kimi təqdim edir və tamaşaçıların həqiqi bilgilərinə kölgə salırlar”.
Yusinin sözlərinə görə, müasir Ermənistan liderlərinin və ideoloqlarının əsas problemi “dünənə yönəlik gələcək” qurmalarıdır. Uzun müddət erməni diplomatiyası bütün səylərini 1915-ci il Osmanlı İmperiyasında baş verən hadisələri “erməni soyqırımı” kimi tanıtmağa istiqamətləndirdi. Ölkədə daha çox təzyiq və təşviq yolu ilə “soyqrımı” tanıtmağa çalışıldı. Bəzi yerlərdə buna nail də oldular. Lakin bu “mübarizə” nə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına, nə də son münaqişədə Ermənistana kömək etmədi”.
Politoloq əlavə edib ki, “Ən dəhşətlisi də odur ki, Rusiyada yaşayan ermənilər çox vaxt Rusiya vətənpərvəri kimi çıxış edirlər. Məsələn, bir neçə on ildir Moskvada yaşayan, lakin rus dilində danışmaqda çətinlik çəkən və rus dilinin qrammatikasında cinsləri ayırd etməyən bir erməni bu günlərdə məni efirdə xain adlandırdı. Təsəvvür edirsiniz?!… Rus dilini yaxşı bilən bəzi ermənilər də var ki, (belələri çox azdır) hər şeyi çox gözəl şəkildə tamaşaçıya izah edirlər. Və əksər izləyicilər bundan razı qalır. Mən bir daha deyirəm: Nağıllarla doğulub-böyüyən xalq reallıqlar qarşısında hər zaman aciz qalır. Necə ki, ermənilər bu acizlik acısını bu ilin payızında İkinci Qarabağ müharibəsində yaşadılar”.
Surxay Atakişiyev,
KONKRET.az