KONKRET.az – a adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Maliyyə Nazirliyində ciddi struktur islahatları gözlənilir. Həmin islahatların tərkib hissəsi olaraq yeni ilin ikinci həftəsində maliyyə idarələrinin regionlar üzrə birləşdiriləcəyi deyilir. Artıq bu istiqamətdə hazırlıq tədbirləri yekunlaşmaq üzrədir. Yanvar ayının ikinci yarısından sonra bununla bağlı qərarın verilməsi gözlənilir.
Qeyd edək ki, əvvəllər rayonlar üzrə faəliyyət göstərən bu qurumlar bundan sonra regional idarələrə çevriləcək. Müvafiq olaraq regionun digər rayon maliyyə idarələri bir mərkəzin balansına veriləcək.
Redaksiyamıza bu barədə məlumat verən mənbənin sözlərinə görə, bu islahat xoşagəlməz maliyyə maxinasiyalarının qarşısını almaq məqsədilə aparılır.