2025-ci ildə Azərbaycanda əhalinin gəlirlərinin 90.1 milyard manat, xərclərinin isə 86.5 milyard manat olacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib.
Sənədə əsasən, 2026-cı ildə əhalinin gəlirləri 97.1 milyard manat, xərcləri 93.4 milyard manat, 2027-ci ildə əhalinin gəlirləri 104.5 milyard manat, xərcləri 100.4 milyard manat, 2028-ci ildə isə əhalinin gəlirləri 112.5 milyard manat, xərcləri isə 107.9 milyard manat proqnozlaşdırılır.