Manatın məzənnəsi haqda anons verildi – Mühüm xəbərbackend

Manatın məzənnəsi haqda anons verildi – Mühüm xəbər

Keçmiş deputat, iqtisadçı Vahid Əhmədovun manatın məzənnəsi ilə bağlı fikirləri mübahisə doğurub. O, “AzPolitika”ya müsahibəsində deyib ki, manatın hazırkı sabitliyi inzibati mexanizmlərlə qorunur, lakin bu, uzunmüddətli dövrdə davamlı ola bilməz. Sabiq deputatın sözlərinə görə, müəyyən mərhələdə məzənnə dəyişiklikləri, o cümlədən devalvasiya ehtimalı istisna edilmir. 

Bu proqnoz nə dərəcədə realdır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hazırda ölkəmizin ümumi valyuta ehtiyatı təxminən 80 milyard dollar təşkil edir:

“Bu rəqəm Azərbaycan Mərkəzi Bankı (AMB) və  Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarını əhatə edir, iqtisadiyyatımız üçün mühüm “təhlükəsizlik yastığı” rolunu oynayır. Bu ehtiyatlar xüsusilə neftin qiymətinin enməsi hallarında hökumətə manevr imkanları yaradır. Qeyd edim ki, gələn ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 60 dollar səviyyəsində nəzərdə tutulub və hazırda bazarda qiymətlər bu göstəriciyə uyğundur”.

İqtisadçı bildirib ki, neft hasilatının azalması fonunda ölkəyə valyuta daxilolmaları da müəyyən qədər azalıb:

“Bu da təbii olaraq iqtisadi təzyiqlər yaradır. Xatırlatmaq lazımdır ki, Azərbaycan manatı artıq 2015-ci ildən bəri sabit məzənnədə saxlanılır. Məzənnə inzibati üsulla, yəni Mərkəzi Bankın nəzarəti və siyasəti çərçivəsində tənzimlənir. İndiki şəraitdə müəyyən risklər və təzyiqlər müşahidə olunur. Lakin manatın məzənnəsində dəyişiklik yalnız inzibati qərarla, yəni Mərkəzi Bankın rəsmi mövqeyi əsasında mümkündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*