Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatlarında cüzi azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin may ayında pul bazası 89,6 milyon manat və ya 0,7 faiz azalıb. Bildirilir ki, bu göstərici iqtisadiyyatın pul siyasətindəki dəyişiklikləri və bazar şəraitini əks etdirir.
Sözügedən tendensiya yaxın aylarda iqtisadi aktivliyə necə təsir edə bilər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, bu proses manatın dövriyyədə həcminin artması ilə müşayiət olunub:
“Bu, hazırda monetar siyasətin yaxşı işləməməyinə işarədir. Yəni Mərkəzi Bank pulların dövriyyəyə girməsinə şərait yaradır, amma istehlakçılar və biznesmenlər buna imkan vermir. Həmin vəsaitlərdən istehlak, yaxud biznesə yatırım məqsədilə istifadə etmirlər və buraxılan pul dövr etmir. Beləliklə, likvidlik tələsi yaranır və bu da inflyasiya ilə nəticələnir”.
İqtisadçı bildirib ki, manatın real və nominal effektiv məzənnəsi ötən illə müqayisədə azalıb:
“2024-cü illə müqayisədə yaranan az fərq müsbət əlamət olsa da, yüksək səviyyədə olması ölkə iqtisadiyyatını rəqabətli etmir. Bu vəziyyət qeyri-neft sektorunun istehsal və ixrac potensialına mənfi təsir göstərir. Real effektiv məzənnənin hesablanmasında inflyasiya rəqəmləri də nəzərə alındığı üçün ehtiyatlı olmaq vacibdir. Bu məlumatlar isə Dövlət Statistika Komitəsindən əldə edilir”.
Bu nə başlıqdır? Hanı, xəbərdə dəqiq tarix verilmir axı. İnsanlar xəbərin içinə girib baxsınlar deyə siz saytların çıxarmadıqları oyun qalmayıb. İP tələsi yəni. Söyülməkdən qorxmursunuz? Təki pul qazanaq yəni??