Manavazyan: “Hakimiyyət qorxur ki, əsirlər qayıtsa, çox şey üzə çıxacaq”backend

Manavazyan: “Hakimiyyət qorxur ki, əsirlər qayıtsa, çox şey üzə çıxacaq”

Eçmiədzində yerləşən hərbi hissədə xidmət etmiş və sonradan itkin düşmüş hərbçilərin valideynləri Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüblər.

KONKRET.az xəbər verir ki, itkin düşmüş hərbçilərdən birinin valideyni Karine Manavazyan bildirib ki, artıq bu görüşlərin heç bir mənası yoxdur:

“Artıq heç kimə zəng etməyəcəyəm, heç bir səlahiyyətli ilə görüşməyəcəyəm. Çünki mən bu görüşlərdən sonra anladım ki, onlar insan deyillər. Bizim nə çəkdiyimiz onların heç vecinə də deyil. Görüşlərdə bizə konkret heç nə demirlər. Mən övladım haqqında heç bir xəbər tuta bilmirəm.

Görünür, Azərbaycanda əsirlikdə qalan hərbçilərin geri qayıtmasında maraqlı deyillər. Çünki hiss edirlər ki, onlar qayıtsalar, yuxarıda oturanların sirləri açılacaq, çox şey üzə çıxacaq. Nə Müdafiə Nazirliyindən, nə Milli Təhlükəsizlik Xidmətindən, nə də hökumətdən heç kim bizə dəqiq bir şey demir, demək də istəmir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*